Həftə sonu Azərbaycanda hava şəraiti yağmursuz keçəcək

Həftə sonu Azərbaycanda hava şəraiti yağmursuz keçəcək
# 06 oktyabr 2012 09:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Həftə sonu respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bazar günü gündüz əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR