Rusiya XİN başçısının müavini: “Kofi Annanın istefa qərarı Suriyaya hərbi müdaxiləni dəstəkləyənlərə qapı açacaq”

Rusiya XİN başçısının müavini: “Kofi Annanın istefa qərarı Suriyaya hərbi müdaxiləni dəstəkləyənlərə qapı açacaq”
# 03 avqust 2012 12:12 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “BMT və Ərəb Liqası Dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annanın vəzifəsindən istefa verməsi qərb dövlətlərinin Suriyaya hərbi müdaxilə etməyə yolunu açacaq”. APA- nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov söyləyib. “Twitter” sosial şəbəkəsində Annanın istefasına münasibət bildirən nazir müavini bildirib ki, bu istefa qərarı Suriyaya hərbi müdaxiləni dəstəkləyənlərə qapı açacaq: “Kofi Annan dürüst bir diplomatdır. Ancaq kimlərsə Suriyaya hərbi müdaxiləyə qapı açmaq üçün Annanı oyun xaricinə çıxarıb”.

Qeyd edək ki, ABŞ prezindetinin mətbuat katibi Cey Karney (Jay Carney) Koffi Annanın istefasınının səbəbini Rusiya və Çinin Bəşər Əsəd rejiminə qarşı hərəkətə keçilməsinə dəstək verməməsi ilə əlaqələndirib: “Rusiya və Çin tarixin yalnış tərəfində yer alıblar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR