Azərbaycanlı gənc rejissorlarla Sankt-Peterburq Müstəqil Kino Fondunun prezidenti arasında görüş keçirilib

Azərbaycanlı gənc rejissorlarla Sankt-Peterburq Müstəqil Kino Fondunun prezidenti arasında görüş keçirilib
# 06 oktyabr 2012 11:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Dövlət Film Fondunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Gənc kinematoqrafçılarla iş Komissiyasının təşəbbüsü ilə tanınmış Rusiya rejissoru Radion İsmayılovla görüş keçirilib. APA-nın məlumatına görə, görüş çərçivəsində Rusiya rejissorunun 2010-cu ildə çəkdiyi “Köç” sənədli filmi göstərilib. R.İsmayılov gənclərin suallarını cavablandırıb və onlara rejissorluğun sirləri haqqında danışıb.

Tanınmış rejissor Radion İsmayılov Azərbaycanda anadan olub. Sankt-Peterburq Universitetini Kino və Televiziya kino rejissor ixtisası üzrə bitirib. Hazırda Sankt-Peterburq Müstəqil Kino Fondunun prezidentidir. R.İsmayılov bir çox beynəlxalq festivalların laureatıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR