Peşəkar diktor Eldost Bayramov “Yeni Media Akademiya”nın qonağı olub

Peşəkar diktor Eldost Bayramov “Yeni Media Akademiya”nın qonağı olub
# 02 avqust 2012 07:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin diktoru, ”Tərəqqi” medalına layiq görülmüş Eldost Bayramov “Yeni Media Akademiya” layihəsinin qonağı olub. APA-nın məlumatına görə, qonaq iştirakçılarla təcrübəsini bölüşərək bildirib ki, ixtisasca tarix müəllimi olsa da, onu diktorluğa gətirən səbəb bu sahəyə böyük həvəsinin olması olub. O, qeyd edib ki, qarşısına qoyduğu məqsədə çatmaq üçün öz üzərində çox çalışıb.

Eldost Bayramov eyni zamanda, müasir televiziya aparıcılarının nitqindən, xüsusi ilə vurğunun düzgün qoyulmamasından, şivələrdən istifadə olunmasından narazılığını bildirib. Peşəkar diktor iştirakçılara bir neçə şer nümunəsində onlara sözlərin düzgün tələffüz qaydasını və vurğunun düzgün qoyulmasını izah edib.

Qonaq gənclərə bildirib ki, onlar peşəkar diktor olmaq üçün Azərbaycan dilini mükəmməl bilməli, yaxşı nitqə sahib olmaq üçün çoxlu mütaliə etməli, öz üzərilərində dayanmadan çalışmalıdırlar.

Tələbələrin suallarını cavablandıran diktor sonda onların bir neçəsinin nitqini, danışıq tərzini yoxlayıb və lazımi məsləhətlər verib. Gənclərlə görüşdən razı qaldığını bildirən peşəkar diktor tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR