«Bəxt üzüyü» bədii filminin 20 illiyi qeyd olunub

«Bəxt üzüyü» bədii filminin 20 illiyi qeyd olunub
# 10 mart 2012 10:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Nizami» Kino Mərkəzində “Bəxt üzüyü” bədii filminin ekranlara çıxmasının 20 illiyinə həsr olunmuş bədii axşam keçirilib. APA-nın məlumatına görə, tədbirdə Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev, filmin ssenari müəllifi Ramiz Əzizbəyli, «Azərbaycanfilm» Kinostudiyasının rəhbəri Müşfiq Hətəmov və başqaları çıxış edərək bu filmin bu gün də sevilə-sevilə baxıldığını bildiriblər. Mərazimdə M. Hətəmov filmin ssenari müəllifinə xüsusi diplom təqdim edib. Filmin yaradıcı heyəti isə xüsusi mkafatlarla təltif ediliblər.

Xatırladaq ki, “Bəxt üzüyü” kinokomediyası Azərbaycanın müstəqillik dövründə çəkilmiş ilk filmlərdəndir və bu günə kimi ən çox baxılan filmlər sırasındadır. Filmin ssenari müəllifi Ramiz Əzizbəyli (Orxan Fikrətoğlunun iştirakı ilə), operatoru Amin Novruzov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Nizami Bəydəmirov, bəstəkarı Eldar Mənsurovdur.

Filmdə əsas rollarda Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova və başqaları çəkiliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR