Ceymstaun Fondunun prezidenti Qlen Hovard: “Ermənistan demoqrafiya və miqrasiya problemləri ilə əlaqədar əhalinin azalması reallığı ilə üzləşib” - FOTO
06 aprel 2012 11:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Beyin mərkəzləri: inkişaf naminə əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovard da iştirak edib. Qonar və Bakıda fəaliyyət göstərən beyin mərkəzlərinin rəhbərləri öz strukturlarının fəaliyyəti barədə fikir mübadiləsi aparıb, mərkəzlər arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
Tədbirdə çıxış edən Qlen Hovard Ceymstaun Fondunun fəaliyyəti barədə məlumat verib. O Azərbaycanın regionda mühüm geosiyasi rol oynadığını qeyd edib, o cümlədən ölkəmizin Əfqanıstana yüklərin daşınmasında tranzit ölkə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan multivektor siyasət yürüdür, Rusiya, ABŞ və cənub qonşuları ilə əlaqələri inkişaf etdirir.
Qlen Hovard qeyd edib ki, Azərbaycanın əsas problemlərindən biri Dağlıq Qarabağ müharibəsindən sonra münaqişə haqqında reallıqları çatdırması ilə bağlı olub: “Azərbaycan bu gün də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya müharibəsi ilə üzləşib. ABŞ-da rəy formalaşmasına təsirə malik olan çox güclü erməni lobbisi fəaliyyət göstərir. Bu proses asta da olsa, başlayıb, Azərbaycan bu balansı qorumağa və ABŞ-da öz mövqeyini çatdırmağa nail olur”.
Fondun prezidenti bildirib ki, Azərbaycan uğurla inkişaf edir, o cümlədən ölkədə demoqrafik vəziyyət yaxşılaşır: “Ermənistan isə demoqrafiya və miqrasiya problemləri ilə əlaqədar əhalinin azalması reallığı ilə üzləşib”.

Xarici siyasət
Azərbaycan XİN İrana başsağlığı verib
10:31
20 may 2024
Latviya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
10:30
20 may 2024
FHN: Azərbaycan 40 xilasedicini İranda axtarış-xilasetmə əməliyyatına göndərməyə hazırdır
01:22
20 may 2024
XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır
20:03
19 may 2024