İranda ziyafət zamanı 100 gənc qız və oğlan həbs edilib

İranda ziyafət zamanı 100 gənc qız və oğlan həbs edilib
# 06 oktyabr 2012 10:14 (UTC +04:00)
APA-nın məlumatına görə, ziyafət oktyabrın 4-də şəhərin şadlıq saraylarının birində təşkil edilib və səhər saat 6-dək davam edib. Məkana hücum edən polis açıq geyimli və kosmetika ilə bəzənmiş qızları, eləcə də dini qaydalara əməl etməyən oğlanları həbs edərək polis bölməsinə aparıb. Verilən məlumatlara görə, saxlanan gənclərin çoxu Lahican universitetinin tələbləri olub. Ziyafətin təşkilatçılığı və dəvət “facebook” vasitəsi ilə həyata keçirilib. Həbs edilənlər daha əvvəl də bu cür tədbirlərdə iştirak etdiklərini etiraf ediblər. Dindirilmədən sonra gənclərin çoxu sərbəst buraxılıb, ziyafətin təşkilatçıları isə həbsxanaya salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR