İƏT baş katibi İranın xarici işlər naziri ilə görüşüb

İƏT baş katibi İranın xarici işlər naziri ilə görüşüb
# 08 oktyabr 2012 08:46 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. APA-nın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, Tehranda keçirilən görüşdə Şamil Ələsgərov XİN başçısını gələn həftə Bakıda keçiriləcək İƏT dövlət başçıları və xarici işlər nazirlərinin sammitinə hazırlıq işləri ilə bağlı məlumatlandırıb. Əli Əkbər Salehi öz növbəsində İƏT institutlarının mühümlüyünü qeyd edib və təşkilatın fəaliyyətinin, potensialının genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda İƏT Nazirlər Şurasının, oktyabrın 16-da isə İƏT dövlət başçılarının sammiti keçiriləcək. Sammitin yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR