"İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na dəstək məqsədi ilə 4 kitab nəşr ediləcək

"İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na dəstək məqsədi ilə 4 kitab nəşr ediləcək
# 07 mart 2012 16:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yaxın günlərdə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən 4 kitab nəşr ediləcək. Bu barədə APA-ya AHK-nın İctimaiyyətlə əlaqələr üzrə katibi Əli Fərzəliyev məlumat verib. Çap olunacaq kitablar bunlardır: “Qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları və meyarları üzrə təlimat”, “Qaçqınların statusuna dair Konvensiya və Protokol”, “Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Qanunvericilik Toplusu” ”Qaçqınların beynəlxalq himayəsi - yaddaş kitabçası”.

Azərbaycanda qaçqın və məcburi köçkün problemini nəzərə alaraq qeyd olunan nəşrlərin hüquq-mühafizə orqanları, məhkəmələr və o cümlədən geniş oxucu auditoriyası arasında pulsuz olaraq yayılması nəzərdə tutulur. Vəsaitlərin nəşr olunmasında əsas məqsəd, “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasına ictimai dəstəyin təmin olunması, insan hüquq və əsas azadlıqlarının ayrılmaz tərkib hissəsi olan qaçqınların, miqrantların, sığınacaq axtaran şəxslərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının daha da səmərəli müdafiəsi mexanizmlərinə nəzəri yardım etməkdir. Nəşrlərin məsləhətçiləri AHK İdarə Heyətinin sədri Əli Hüseynli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Bela İsmayılova, redaktoru AHK-nın baş katibi Nadir Adilovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR