Abşeronda avtomobil üç piyadanı vurub, ölən var

Abşeronda avtomobil üç piyadanı vurub, ölən var
# 06 oktyabr 2012 09:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda avtomobil üç nəfəri vurub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində, şəhər sakini Rövşən Əsədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən qəsəbə sakinləri Güllər Orucova, Güllər Əmrahova və Məleykə Zəkəriyevanı vurub. Nəticədə xəsarət almış hər üç piyada xəstəxanaya yerləşdiriliblər. Yaralılardan G.Orucova orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR