The Nyu Yorker: “İran Xalq Mücahidləri” terror təşkilatının üzvləri ABŞ-da təlim keçiblər

The Nyu Yorker: “İran Xalq Mücahidləri” terror təşkilatının üzvləri ABŞ-da təlim keçiblər
# 09 aprel 2012 12:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə “The New Yorker” jurnalı ABŞ kəşfiyyatının adı açıqlanmayan sabiq vəzifəli şəxslərindən birinə istinadən məlumat yayıb.

Jurnalın yazdığına görə, MEK, PMOİ və MKO adları ilə tanına təşkilatın silahlıları 2005-ci ildən Nevadada təlim keçiblər və bu proses Barak Obama prezident seçildikdən sonra dayandırılıb. Təlimlər girişin qatı şəkildə məhdudlaşdırıldığı dağlıq ərazidə keçirilib, bu ərazi əvvəllər nüvə sınaqları üçün nəzərdə tutulub. İstefada olan general jurnala bildirib ki, silahlılara kriptoqrafiya təlimi keçirilib, kiçik qruplar şəklində fəaliyyət, rabitə vasitələrindən istifadə və silahla davranmaq öyrədilib. Ayrı-ayrı qruplar üçün təlimlər 6 ay nəzərdə tutulub. Jurnal təlim keçmiş silahlıların hazırda İranda əməliyyatlara cəlb olunub-olunmadığını yazmır.

Fevral ayında adı gizli saxlanan ABŞ-ın yüksək vəzifəli məmurlarından biri nüvə İranın fizikası alimlərinin məhz “İran Xalq Mücahidləri” tərəfindən öldürüldüyünü bildirib. NBC kanalının yaydığı məlumatda mücahidlərə “Mossad” tərəfindən təlim keçirildiyi bildirilir.

Ötən ay yayılan digər məlumatda bildirilir ki, “İran Xalq Mücahidləri”nin adının terrorçu təşkilatların siyahısında çıxarılmasını tələb edən amerikalı məmurlar bu təşkilatdan külli miqdarda pul alıblar. Adı rüşvət və korrupsiyada hallananlar arasında FTB-nin sabiq direktoru Luis Fri və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sabiq rəhbəri Xyu Şelton da var.

“İran Xalq Mücahidləri” 1979-cu ildə İranda islam inqilabını dəstəkləsələr də, sonra yeni hakimiyyətlə qruplaşma arasında münaqişə yaranıb. Hazırda bu təşkilat həm ABŞ-da, həm İranda terrorçu təşkilat hesab olunur. Avropa Birliyi 2009-cu ildə “İran Xalq Mücahidləri”nin adını terrorçu təşkilatlar siyahısından çıxarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR