Rüstəm Usubov: “Ayaz Mütəllibovla bağlı Milli Məclisin qəbul etdiyi qanuna uyğun qərar veriləcək”

Rüstəm Usubov: “Ayaz Mütəllibovla bağlı Milli Məclisin qəbul etdiyi qanuna uyğun qərar veriləcək”
# 18 iyun 2012 07:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

R. Usubov bildirib ki, A. Mütəllibovla bağlı Milli Məclisin qəbul etdiyi qanuna uyğun qərar qəbul olunacaq.

Qeyd edək ki, eks-prezident A. Mütəllibov 20 ilə yaxındır Moskvada yaşayır. Onun barəsində bir neçə maddə üzrə cinayət işi var.

Milli Məclis “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu”nu iyunun 12-də qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR