Masazır qəsəbəsində yeni sürüşmə sahəsi yaranıb

Masazır qəsəbəsində yeni sürüşmə sahəsi yaranıb
# 14 mart 2012 08:15 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

Onun sözlərinə görə, bu, yeni sürüşmə sahəsidir. İndiyədək heç vaxt Masazır ərazisində sürüşmə prosesi müşahidə olunmayıb. Sürüşmənin yaranmasının səbəbi həm yerüstü sular, həm də texnogen mənbəli qrunt sularıdır: “Sürüşmə sahəsində aktivlik var. Yamacda sürüşmənin yaranmasına səbəb olan suyun hələ də üzə çıxması müşahidə olunur. Nəticədə sürüşmə ən yaxın evə 8-10 metr məsafədə yaxınlaşıb. Bu, birmərtəbəli fərdi yaşayış evidir. Hazırda sürüşmənin inkişafı nəzarətdə saxlanılır. Yəqin ki, sürüşmənin verə biləcəyi fəsadlar ciddiləşərsə, təcili olaraq aidiyyatı qurumlara məlumat veriləcək”.

Ş. Niftiyev deyib ki, Masazır sürüşmə sahəsi üzərində ay yarımdır müşahidələr aparılır: “Ötən ilin dekabrında sürüşmənin müəyyən əlamətləri müşahidə olundu, sonra bir az stabillik yarandı. Fevral ayından etibarən isə biz bu ərazidə lokal, amma aktiv sürüşmə müşahidə edirik. Həftə ərzində 3-4 dəfə ərazidə müşahidələr aparılır ki, sürüşmə kəskinləşən anda xəbərdarlıq eləyə bilək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR