ABŞ məhkəməsi Azərbaycan vətəndaşı haqqında həbs qərarını qüvvədə saxlayıb

ABŞ məhkəməsi Azərbaycan vətəndaşı haqqında həbs qərarını qüvvədə saxlayıb
# 12 oktyabr 2012 07:36 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hakim Corc Henks qərarını belə izah edib ki, S. Tağıyevanın ədalət mühakiməsindən yayınma ehtimalı çox yüksəkdir, çünki onun ailəsi – oğlu, anası və qardaşı Bakıda yaşayırlar, “Acr Electronics” şirkətinin açdırdığı işçi vizası isə şirkət aktivlərinə həbs qoyulması səbəbiylə qüvvədən düşüb.

S. Tağıyeva 2009-cu ildə tələbə vizası ilə ABŞ-a gedib və Texas Universitetində təhsil alır. Oktyabrın 3-də ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) Rusiyaya qeyri-qanuni olaraq yüksək texnologiyalar ixracında şübhəli bilinən 11 nəfərdən 8-nin, o cümlədən Sevinc Tağıyevanın həbs edildiyini açıqlayıb. Nyu-Yorkun Bruklin dairəsinin prokurorluğu bu şəxslərə rəsmi ittiham irəli sürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR