Los Ancelesin UCLA universitetində Azərbaycana dair kitabın təqdimatı keçirilib - FOTOSESSİYA

Los Ancelesin UCLA universitetində Azərbaycana dair kitabın təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 04 oktyabr 2012 08:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Los Ancelesdəki nüfuzlu UCLA universitetində Azərbaycan Diplomatik Akademiyasının araşdırmaçısı, hazırda Kembric Universitetinin doktoranturasında təhsil alan Taleh Ziyadovun “Azərbaycan Mərkəzi Avrasiyanın Regional Mərkəzi Kimi” adlı kitabının təqdimatı keçirilib. Konsulluqdan APA-ya verilən məlumata görə, Universitetin Avropa və Avrasiya Araşdırmaları Mərkəzində keçirilən tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən bəhs edərək, sözügedən kitabın çox önəmli mövzuya həsr olunduğunu bildirib və bu kimi elmi araşdırmaların Azərbaycanın gələcək inkişafı üçün faydalı olduğunu qeyd edib.

Taleh Ziyadov öz çıxışında Azərbaycanın gələcək illərdə Mərkəzi Avrasiyanın regional nəqliyyat və ticarət mərkəzinə çevrilməsi üçün böyük imkanlarının olduğunu bildirib. O, Azərbaycan hökumətinin bu istiqamətdə artıq müəyyən işlərə başladığını qeyd edib, bu səpkidə Bakı-Tiflis-Qars dəmiryol xəttinin və Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq dəniz ticarət liman kompleksinin inşasının həm Azərbaycan, həm də bütün bölgə üçün yüksək önəm daşıdığını vurğulayıb. Natiq Avrasiyada regional mərkəz strategiyasının həyata keçirilməsinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna böyük həcmdə birbaşa xarici sərmayələrin cəlb olunması üçün olduqca vacib olduğunu söyləyib.

Sonra Kaliforniyanın Pepperdayn Universitetinin professoru Ceyms Koyl çıxış edərək, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, regional mərkəz kimi perspektivlərindən və ABŞ ilə əməkdaşlığından bəhs edib.

Sonda natiqlər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar. Tədbirdə universitetin professorları, tələbələri və digər şəxslər iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR