Azərbaycan ərazisində mülayim hava şəraiti həftə sonunadək davam edəcək

Azərbaycan ərazisində mülayim hava şəraiti həftə sonunadək davam edəcək
# 04 oktyabr 2012 09:53 (UTC +04:00)
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 16-19, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibb-meteoroloji proqnoza əsasən, həftənin sonunadək davam edən mülayim hava şəraiti, eyni zamanda meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR