Azərbaycanın «Abşeron» qaz yatağında yeni icmal açıqlanıb

Azərbaycanın «Abşeron» qaz yatağında yeni icmal açıqlanıb
# 02 iyul 2012 11:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Abşeron» perspektiv strukturun işlənməsi layihəsinin icraçısı olan konsorsium (Azərbaycan Dövlət Neft Şirkəti (40%) və Fransanın «Total» (40%) və «Gaz de Frans Suez» (20%) şirkətləri) yataq üzrə kəşfiyyat və kommersiya məqsədəuyğunluğuna dair icmalı açıqlayıb. «APA-Economics»in məlumatına görə, «Total» şirkətinin rəsmi məlumatında bildirilir ki, bu, «Abşeron» yatağının işlənməsində vacib bir mərhələdir.

Məlumata əsasən, kəşfiyyatın nəticələri yataqda 150-300 mlrd. kubmetr həcmində təbii qazın olduğunu göstərir. «Kommersiya məqsədəuyğunluğunun bu elanı uğurlu tədqiqatın və hasilat üçün karbohidrogen ehtiyatlarının tez bir zamanda aşkarlanması istəyinin nəticəsidir», - deyə «Total»in Tədqiqat və Hasilat Bölməsinin prezidenti İv-Lui Darrikarrer bildirib.

Xatırladaq ki, «Abşeron» qaz yatağı Bakıdan 100 km cənubi-şərqdə yerləşir. Burada 3D seysmik kəşfiyyat işlərinin 2013-cü ildə aparılması nəzərdə tutulur.

Qeyd edək ki, «Abşeron» perspektiv strukturunun işlənməsinə dair saziş 2009-cu ilin fevralın 27-də imzalanıb, 2011-ci ilin sentyabrında isə burada qaz yatağının olduğu elan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR