Azərbaycan idmançılarının Pamir dağında “Lenin” zirvəsinə yürüşü başa çatıb - FOTO

Azərbaycan idmançılarının Pamir dağında “Lenin” zirvəsinə yürüşü başa çatıb - <font color=red>FOTO</font>
# 24 avqust 2012 07:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından ibarət ekspedisiya qrupu Pamir dağlarının ən hündür zirvəsi olan “Lenin” zirvəsinə (7134 m) təşkil olunmuş yürüşü uğurla başa vurublar. Federasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, FAİREX-in təşkilatçılığı ilə baş tutan və 19 gün (2-21 avqust 2012-ci il tarixlərində) davam edən yürüşə Azərbaycanın müxtəlif rayonlarından gənclər qatılıblar. Avqustun 16-da ekspedisiya üzvləri, Azərbaycanın Şəki və Qusar rayonlarından olan Babək İsgəndərov ("Ekosport" idman klubu) və Rinat Rəhimxanov (“Salavat” idman klubu) "Lenin" zirvəsinə qalxaraq Azərbaycan bayrağını Pamirin ən yüksək zirvəsinə sancıblar.

8 nəfərdən ibarət ekspedisiyaya beynəlxalq yürüşlərdə iştirak etmiş təcrübəli dağçı, FAİREX-in “Ekstremal” idman klubunun rəhbəri Azərçin Muradov rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR