Toya hazırlaşan ailənin evi yanıb

Toya hazırlaşan ailənin evi yanıb
# 18 aprel 2012 16:45 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam rayonunun Kəlbəhüseynli kəndində ev yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, elektrik naqillərindən qaynaqlandığı ehtimal olunan yanğın beşotaqlı evin yarıdan çoxunu külə döndərib.

Səkkiz nəfərlik ailəyə başçılıq edən Kəlbəhüseynli kənd sakini Hüseynov Eldar Şəmsəddin oğluna məxsus evin çox hissəsi bir an içində yanaraq külə dönüb.

Ailə yaxın günlərdə keçiriləcək toy mərasiminə hazırlıq ərəfəsində olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR