Azərbaycan ərazisində qeyri-qanuni yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 62 əcnəbi saxlanılıb

Azərbaycan ərazisində qeyri-qanuni yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 62 əcnəbi saxlanılıb
# 10 sentyabr 2012 16:28 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 3-8-də Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. DMX-dən APA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 62 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR