Əli Həsənov: “Erməni separatçıları Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal ediblər”

Əli Həsənov: “Erməni separatçıları Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal ediblər”
# 18 may 2012 09:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, P. Qraçovun anasının erməni olduğu da heç kimə sirr deyil: “Mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni separatçıları tərəfindən işğal olunub. Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən Rəhim Qazıyevdən istifadə edib”.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını deyən Ə. Həsənov bildirib ki, Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin bu məsələdə obyektivlik göstərəcəyinə ümid edir: “Rusiya üçün Ermənistanın bu gün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Rusiya üçün daha strateji əhəmiyyətə malikdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR