Azərbaycan sərhədçiləri «Kəpəz» yatağı yaxınlığında Türkmənistana məxsus gəmiyə baxış keçiriblər

Azərbaycan sərhədçiləri «Kəpəz» yatağı yaxınlığında Türkmənistana məxsus gəmiyə baxış keçiriblər
# 26 iyul 2012 11:45 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, iyulun 24-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin mərkəzi istiqamətində, «Kəpəz» neft yatağının cənub-qərbində üzmə rejiminə nəzarət zamanı Türkmənistana məxsus «Günxan» balıqçı gəmisinə baxış keçirilib. Müvafiq registr sənədləri təqdim edilmədiyinə görə gəmi saxlanılıb. Gəmi müvafiq tədbir görülməsi üçün Türkmənistan Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisinə rəsmi qaydada təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR