Daniele Adani: “Neftçi” haqda bilmədiyimiz o qədər şeylər var ki...”

Daniele Adani: “Neftçi” haqda bilmədiyimiz o qədər şeylər var ki...”
# 04 oktyabr 2012 10:07 (UTC +04:00)
Bakı – APA. “Neftçi” kompakt şəkildə təşkil olunması ilə seçilir. Bu amili nəzərdən qaçırmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya futbolunun veteranı Daniele Adani deyib.

Bir müddət aşağı dəstə təmsilçilərində də çalışmış 38 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Neftçi” - “İnter” qarşılaşması haqda fikirlərini açıqlayıb: “Neftçi” haqda bilmədiyimiz o qədər şeylər var ki... Belə komandalar güclü rəqiblərlə oyunlara xüsusi yanaşırlar, sanki imtahana çıxırlar. Ona görə də “İnter”in futbolçuları “Neftçi”yə yuxarıdan aşağı baxmamalıdır”.

Qeyd edək ki, İtaliya yığmasında da oynamış Adani 2002-04-cü illərdə “İnter”in şərəfini qoruyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR