ABŞ-da prezidentliyə namizədlər arasında debatların ilk raundu keçirilib

ABŞ-da prezidentliyə namizədlər arasında debatların ilk raundu keçirilib
# 04 oktyabr 2012 08:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ prezidentliyinə namizədlər Barak Obama (demokrat) və Mitt Romni (respublikaçı) arasında debatların ilk raundu keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, ilk debat Denver şəhərində (Kolorado ştatı) baş tutub.

Noyabrın 6-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ilk debatı seçicilərin 80%-i izləyib. CNN tərəfindən keçirilən ümummilli sorğuya əsasən, M.Romninin çıxışını 46%, B.Obamanın çıxışını isə 45% tamaşaçı bəyənib. Seçicilərin fikrincə, debatın daxili siyasət problemləri ilə bağlı hissəsində qalib gələn olmayıb.

Debatların növbəti mərhələsi oktyabrın 11-də baş tutacaq. Kürsüyə ABŞ-ın vitse-prezidentliyinə namizədlər Cozef Bayden (demokrat) və Pol Rayan (respublikaçı) çıxacaq. Obama və Romni isə oktyabrın 16-da və 22-də bir daha üz-üzə gəlməli olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR