Xarici ölkələrin seysmoloqları Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

Xarici ölkələrin seysmoloqları Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
# 17 sentyabr 2012 09:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda səfərdə olan bir qrup xarici ölkə seysmoloqlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Bakı stansiyasında olublar. RSXM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Türkmənistan EA-nın Seysmologiya İnstitunun direktoru M. Çarıyev, Türkmənistan EA-nın Seysmologiya İnstitutunun seysmoloji məlumatların interpretasiyası şöbəsinin rəhbəri G. Çalıyeva, Rusiya EA-nın Yer Fizikası İnstitunun laboratoriya müdiri A. Y. Sidorin və Panamanın OSOP təşkilatının direktoru Branden. C. Kristensen iştirak edib.

Azərbaycanda seysmologiya sahəsində əldə olunan uğurların diqqəti cəlb etdiyini bildirən Türkmənistan EA Seysmologiya İnstitutunun direktoru M. Çarıyev ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını bildirib: “Azərbaycan seysmologiyası çox inkişaf edib. Biz düşünürük ki, sizin təcrübənizdən təkcə biz deyil, çox ölkələr istifadə edə bilərlər”.

Mərzəzin baş direktoru Qurban Yetirmişli isə Azərbaycanda seysmoloji stansiyalar şəbəkəsinin genişlənməyə davam etdiyini, Xəzər dənizində 3 dənizdibi seysmik stansiyanın da quraşdırılmasının nəzərdə tutulduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR