Azərbaycan və Bolqarıstan arasında cinayətkarlıq və təbii fəlakətlərlə mübarizə sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

Azərbaycan və Bolqarıstan arasında cinayətkarlıq və təbii fəlakətlərlə mübarizə sahəsində əməkdaşlığa dair saziş imzalanacaq
# 25 aprel 2012 08:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, sazişin Bolqarıstanın baş naziri Boyko Borisovun Azərbaycana səfəri çərçivəsində imzalanması nəzərdə tutulub.

Sənəddə cinayətkarlığa qarşı profilaktik tədbirlər və mübarizə sahəsində mübadilə və operativ praktikanın həyata keçirilməsi, eləcə də fövqəladə halların aradan qaldırılması ilə bağlı xilasedicilər üçün birgə kurs və seminarların təşkili, bu sahədə təcrübə mübadiləsi və əməkdaşlığın intensivləşdirilməsi məsələləri əksini tapıb.

Xatırladaq ki, B. Borisovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-27-də Azərbaycanda səfərdə olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR