Daha 3 ölkənin aviaşirkətləri İrana uçuşları dayandırıb

Daha 3 ölkənin aviaşirkətləri İrana uçuşları dayandırıb
# 11 oktyabr 2012 12:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə şirkətlər tərəfindən açıqlama yayılıb. “British Airways”dən bildirib ki, Londondan Tehrana son uçuşlar oktyabrın 12-də, Tehrandan Londona isə son uçuşlar oktyabrın 13-də olacaq: “2013-cü ilin qış fəslində də İrana uçuşlarımız olmayacaq. Bu qərarımızda hər hansı bir dəyişiklik olsa, şirkətimiz tərəfindən açıqlama veriləcək”.

“Air France” şirkətinin rəsmi saytında da İrana uçuşların dayandırılması ilə bağlı məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, hazırkı şəraitdə Tehrana uçuşlar münasib deyil: “Fransadan İrana uçmaq istəyən vətəndaşlar şirkətimizin Dubayda yerləşən ofisinə müraciət edə bilərlər”.

Tajik Air” şikətinin sözcüsü isə İrana uçuşların müvəqqəti dayandırıldığı və yenidən bərpa ediləcəyini bildirib. O, həmçinin qeyd edib ki, İrana biletlərin qiyməti də 50% bahalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR