Azərbaycan kənd təsərrüfatında kooperativləşməni stimullaşdırmaq üçün güzəştlər tətbiq edə bilər

Azərbaycan kənd təsərrüfatında kooperativləşməni stimullaşdırmaq üçün güzəştlər tətbiq edə bilər
# 15 may 2012 10:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı sahəsində kooperasiya haqqında qanun layihəsi qəbul olunduqdan sonra, bu sahəyə diqqət daha da artırılmalıdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Onun sözlərinə görə, pay torpaqlarının birləşdirilməsi və bundan iri təsərrüfatların yaradılması vacibdir. Belə ki, kiçik həcmli torpaqlarda məhsuldarlıq baha başa gəlir və bu, əlverişli sayıla bilməz: «Artıq bu istiqamətdə kooperasiya haqqında qanun layihəsi Milli Məclisin ikinci oxunuşundan keçəcək və qanun layihəsi qəbul edildikdən sonra bu sahəyə diqqət daha da artırılmalıdır. Hesab edirəm ki, insanları maraqlandırmaq üçün gələcəkdə kooperativləşmədə subsidiyaları da, müəyyən güzəştlər də tətbiq etmək olar».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR