Azərbaycanda XÖHKS ilə aparılan əməliyyatların həcmi artıb

Azərbaycanda XÖHKS ilə aparılan əməliyyatların həcmi artıb
# 02 iyun 2012 16:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) aparılan ödənişlərin həcmi 2012-ci ilin mart ayında 785 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, fevral ayı ilə müqayisədə bu göstərici 116 mln. manat və ya 17,3%, ötən ilin mart ayı ilə müqayisədə 245 mln. manat və ya 45,4% artıb.

XÖHKS ilə aparılan ödənişlərin sayında isə aylıq azalma baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 4,2% azalaraq martda 1 995 minə çatıb. Ötən ilin martına nisbətən isə ödənişlərin sayı 1,8 dəfə artıb.

Ümumilikdə, ödənişlərin ortalama həcmində aylıq artım, illik müqayisədə isə azalma baş verib. Belə ki, mart ayında XÖHKS üzrə aparılan bir ödənişin ortalama həcmi 393,5 manat təşkil edib, bu isə analoji fevral göstəricisindən 22,5% çox, ötən ilin mart göstəricisindən isə 21,2% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR