Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında Azərbaycan prezidentinin təbrik məktubu oxunub

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında Azərbaycan prezidentinin təbrik məktubu oxunub
# 12 mart 2012 09:00 (UTC +04:00)
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin təsis qurultayına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, Azərbaycanın gələcəyi gənclərin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır: “Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. İnanıram ki, bu mötəbər tədbirin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaq”.

Sonra tədbirdə Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR