Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurası açıqlama yayıb

Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurası açıqlama  yayıb
# 31 avqust 2012 16:03 (UTC +04:00)
Bakı-APA. Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurası (KŞ) açıqlama yayıb. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, KŞ rəhbəri Umud Rəhimoğlu azərbaycanlı zabitin ölkəmizə ekstradisiya edilməsi istiqamətində apardığı ardıcıl və səmərəli fəaliyyətə, əfv fərmanı ilə azad etdiyinə görə prezident İlham Əliyevə öz adından və Koordinasiya Şurasının üzvləri adından minnətdarlığını bildirib: “Ramil Səfərovun azda olunacağı günü bütün xalqımız gözləyirdi, Qarabağın işğaldan azad olunacağı günü gözləyən kimi gözləyirdi. Millətimizin gözü aydın olsun! Biz əvvəlcədən də bilirdik ki, Azərbaycan Respublikasının Prezidentini İlham Əliyev cənabları Ramil Səfərovun azad olunması üçün bütün mümkün tədbirlər görmək üçün lazımı orqanlara tapşırıq və tövsiyələrini verir. Həm buna, həm də Ramil Səfərovun özünün xahişi əsasında biz onun müdafiəsini ənənəvi şəkildə-mətbuat konfransları, dəyirmi masalar, bəyanatlar və sairə formada yox, belə qurduq. Sakit, dövlət orqanları ilə əlaqəli şəkildə iş aparıldı. Mən şəxsən öz adımdan, Koordinasiya Şurasının bütün üzvləri adından prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Biz inanırıq ki, prezidentimizin komandanlığı altında tezliklə Qarabağı da işğaldan azad edəcəyik”.

Bu işdə əziyyət çəkən hər kəsə minnətdarlığını bildirən U. Rəhimoğlu bu günlərdə Ramil Səfərovun özünün də iştirakı ilə onun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurasının son toplantısı olacağını da deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR