Hacıqabulda 40 evin həyətyanı sahəsi su ilə dolub

Hacıqabulda 40 evin həyətyanı sahəsi su ilə dolub
# 02 noyabr 2012 18:31 (UTC +04:00)
Bakı-APA. Ölkə ərazisində yağan intensiv yağışlar bəzi bölgələrdə problemlər yaradıb. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağıb. Nəticədə, Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. Yağış sularından əmələ gələn su kütləsinin Hacıqabul rayonunun Muğanlı qəsəbəsinə daxil olması nəticəsində, təxminən, 40 fərdi evin həyətyanı sahəsi su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR