Güclü qar yağması səbəbindən Ağsu aşırımı və daha bir neçə yolda avtomobillərin hərəkəti məhdudlaşıb

Güclü qar yağması səbəbindən Ağsu aşırımı və daha bir neçə yolda avtomobillərin hərəkəti məhdudlaşıb
# 12 mart 2012 07:17 (UTC +04:00)
Yol polisi əməkdaşlarının APA-nın yerli bürosuna verdiyi xəbərə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14 kilometrlik Ağsu aşırımı hissəsində, Muğanlı-İsmayıllı, İsmayıllı-Lahıc, Şamaxı-Pirqulu yollarının buz bağlaması ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşıb.

Martın 11-də və 12-də gecə saatlarından səhərədək Ağsu aşırımı bağlı qalıb. Yolun buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün ərazidə ağır texnikalar və canlı qüvvə işləyir.

Muğanlı-İsmayıllı-Qəbələ yolunun Basqal qəsəbəsindən keçən hissəsində, Şamaxının Pirqulu və digər kəndlərinə gedən yolların qar və buzdan təmizlənməsi üçün lazımi tədbirlər həyata keçirilir.

Sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etmək məsləhət görülür.

Qeyd edək ki, Ağsu aşırımında 15-20 sm, Şamaxı, İsmayıllı və Ağsunun dağ kəndlərinə isə 25-30 sm qar yağıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR