«ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri son bir ildə 51% artıb

«ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri son bir ildə 51% artıb
# 06 mart 2012 10:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan «ABB-Moskva»nın Yekaterinburq filialının aktivləri 2012-ci ilin əvvəlinə 1 184,6 mln. rubl (32 mln. manat) təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 51,3% çoxdur. Azərbaycan Beynəlxalq Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yekunlarına əsasən, filialın balans mənfəəti 69,5 mln. rubl (1,9 mln. manat) təşkil edib.

Bu ilin əvvəlinə filialın kredit portfeli 1 068,4 mln. rubla (28,9 mln. manat) bərabər olub ki, bunun 95,3%-i hüquqi şəxslərə və fərdi sahibkarlara verilən kreditlər, 4,7%-i isə istehlak kreditlərinin payına düşüb. Kreditlər əsasən emal sənayesi, tikinti, nəqliyyat və rabitə, ticarət kimi sahələrə verilib.

Filialda yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 161,2 mln. rubl (4,4 mln. manat) təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 79,7% çoxdur. Ötən il ərzində filial tərəfindən Yekaterinburq şəhərinin büdcəsinə 9,5 mln. rubl (257 min manat) vergi ödənilib (mənfəət vergisi istisna olmaqla). Filial tərəfindən buraxılmış plastik kartların sayı illik müqayisədə 19,1% artaraq 406-ya çatıb. Filiala məxsus olan 8 bankomat fəaliyyət göstərir, 15 ticarət və xidmət obyektlərində POS-terminallar quraşdırılıb.

Qeyd edək ki, bu filial 2005-ci ilin sentyabrın 1-də, ötən ilin avqust ayında və 2010-cu ilin mart ayında filialın iki əlavə ofisi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR