QAT ATƏT-in Bakı ofisinin qarşısında etiraz aksiyası keçirəcək

QAT ATƏT-in Bakı ofisinin qarşısında etiraz aksiyası keçirəcək
# 18 may 2012 10:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) iyunun 7-də ATƏT-in Bakı ofisinin qarşısında etiraz aksiyası keçirəcək. Bunu APA-ya QAT sədri Akif Nağı deyib. O bildirib ki, aksiyada ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinin qeyri-qənaətbəxş olması bu qurumun diqqətinə çatdırılacaq və Minsk Qrupunun buraxılması tələb ediləcək. A. Nağı qeyd edib ki, təşəbbüs QAT-dan gəlsə də, Azad Qarabağ Uğrunda Alyansa üzv olan təşkilatların da bu aksiyaya qoşulmaq ehtimalı var.

QAT sədri aksiyanın keçirildiyi günə bir həftə qalmış Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcəyini söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR