Şəkidə yanğın olub

Şəkidə yanğın olub
# 16 oktyabr 2012 07:51 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonunda yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Yanğın hadisəsi rayonun Vərəzzət kəndində Mirzəli Cabrayılovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 50 kvadratmetr olan tövlədə qeydə alınıb. Hadisə yerinə dərhal FHN Şəki Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində tövlənin çardaq hissəsinin yanar konstruksiyaları və orada olan 4 ton (200 ədəd ot bağlaması) quru ot kütləsi yanaraq yararsız hala düşüb. Şəki YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək yaxındakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı Şəki YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR