Bərdədə ata onu sillələyən oğluna odlu silahdan atəş açıb

Bərdədə ata onu sillələyən oğluna odlu silahdan atəş açıb
# 08 iyul 2012 17:25 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, insident rayonun Hüseynbəyli kəndində baş verib. Övladının sözünə əməl etməməsi ilə razılaşmayan Oqtay Quliyev 24 yaşlı yaşlı oğlu Emin Quliyevi öldürmək istəyib.

Şəxsi torpaq sahəsini suvarmaq istəyən ata oğlundan artezianı işə salmağı xahiş edib. Lakin atasına yardım etmək istəməyən oğulun atası ilə mübahisəsi dava-dalaşla nəticələnib. Oğlunun onu sillə ilə vurmasını qəbul etməyən ata oğlunu əvvəlcə bıçaqlamaq istəyib, sonra isə ona odlu silahdan atəş açıb.

O. Quliyevi polis saxlayıb, E. Quliyev isə hadisə yerindən qaçıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR