Azərbaycan MN: Ermənistan Ordusu atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edir

Azərbaycan MN: Ermənistan Ordusu atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edir
# 14 iyun 2012 07:01 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistanın silahlı bölmələri iyunun 13-ü saat 08.00-dan bu gün səhər saat 08.00-dək olan vaxt ərzində Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında, Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Horadiz, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Şıxlar, Cəvahirli və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edib.

Azərbaycan tərəfdən heç bir itki və yaralı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR