Şirvan şəhər sakini özünü asıb

Şirvan şəhər sakini özünü asıb
# 04 fevral 2012 15:01 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Azərbaycanın Şirvan şəhərində intihar hadisəsi baş verib. Şirvan şəhər Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən xəbərə görə, şəhərdə Z. Tağıyev küçəsində yerləşən dülgər sexində usta işləyən 1984-cü il təvəllüdlü Şirvan sakini Əliyev Aqşin Ələddin oğlu ötən gecə özünü işlədiyi sexin dəmir qapısından kəndirlə asaraq intihar edib. Sexin sahibi işə gələrkən onun meyitini asılı vəziyyətdə aşkar edib . Hadisə yerinə gələn mərhumun valideynləri Aqşinin bir müddət əvvəl həyat yoldaşından ayrıldığını deyiblər. İntiharın dəqiq motivləri istintaqa hələlik məlum deyil.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR