Azərbaycanda 19 yaşlı oğlan iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb

Azərbaycanda 19 yaşlı oğlan iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb
# 23 may 2012 07:10 (UTC +04:00)
Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zığ yolu, 27 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 19 yaşlı Qaraca Qaracayev münaqişə zəminində qonşusu, 50 yaşlı Aydın Məmmədovu və onun qardaşı 52 yaşlı Vaqifi bıçaqlayıb. Aydın Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. V. Məmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Q. Qaracayev tutulub. İlkin ifadəsində o, hadisəni şəxsi münaqişə zəminində törətdiyi etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR