Balakəndə 4,3 hektar quru ot və kol-kos sahəsi yanıb

Balakəndə 4,3 hektar quru ot və kol-kos sahəsi yanıb
# 24 mart 2012 08:05 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanğın rayonun Tülü və Qullar kəndlərinin inzibati ərazisində quru ot və kol-kos sahəsində qeydə alınıb. Hadisə yerinə Balakən rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində ümumilikdə 4,3 hektar sahə yanıb. Yanğından ərazidəki ağaclar mühafizə olunub.

Faktla bağlı Balakən rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR