Canavarlar Masallının yaşayış məntəqəsinə hücum edib

Canavarlar Masallının yaşayış məntəqəsinə hücum edib
# 04 aprel 2012 11:14 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunun Böyük Təklə kəndinə canavarlar hücum edib. Bu barədə məlumatı APA-nın cənub bürosuna yerli sakinlər verib. Onların sözlərinə görə, hadisə bu gün səhər saatlarında kənd sakini, 54 yaşlı Kəklik Bəşirovaya məxsus fərdi təsərrüfatda qeydə alınıb. Canavarlar K. Bəşirovanın tövləsində olan qoyun sürüsündən 13-nü parçalayaraq öldürüb, 4-ünü isə yaralayıblar. Hadisə yerinə gələn Masallı rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tövlədə dezinfeksiya işləri aparmaqla yaralı heyvanları müayinə ediblər. Kənd sakinləri bir neçə gün bundan əvvəl də kənd sakini Şakir Məmmədova məxsus 18 baş qoyun-quzunun canavarların hücumuna məruz qaldığını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR