Plagiatlıqda günahlandırılan Macarıstan prezidenti istefa verməkdən imtina edib

Plagiatlıqda günahlandırılan Macarıstan prezidenti istefa verməkdən imtina edib
# 30 mart 2012 22:48 (UTC +04:00)
Bakı-APA. Macarıstan prezidenti Pal Şmitt plagiatda ittiham olunduqdan sonra istefa verməkdən imtina edib. Bu barədə prezident özü bəyan edib.

İstefa məsələsi prezidentin 1992-ci ildə namizədlik dissertasiyasını müdafiə edərkən plagiata yol verməsi sübut olunduqdan sonra gündəmə gəlib. Budapeşt universitetinin qərarı ilə prezident elmi dərəcədən məhrum edilib.

Şmitt öz qərarını prezident vəzifəsi və 20 il əvvəl yazılmış elmi işin arasında heç bir əlaqə olmaması ilə izah edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR