Azərbaycan beynəlxalq kənd təsərrüfatı forumunda iştirak edəcək
31 avqust 2012 09:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Sentyabrın 4-5-də İsıq-Kul şəhərində (Qırğızıstan) «Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində kənd təsərrüfatının davamlı inkişafı üzrə Regional Proqram»ın Rəhbər Komitəsinin növbəti, 15-ci toplantısı keçiriləcək.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, toplantıda Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın kənd təsərrüfatı tədqiqatları sisteminin rəhbərləri, həmçinin beynəlxalq mərkəzlərin baş direktorları Rəhbər Komitənin üzvü kimi iştirak edəcəklər. Azərbaycanı həmin toplantıda Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev təmsil edəcək.
İclasda bir sıra strateji və texniki məsələlərin, o cümlədən Proqramın növbəti illər üçün tədqiqat planının, kadr və maliyyələşmə məsələlərinin müzakirəsi gözlənilir. Həmçinin, CGIAR-ın quraqlıqla bağlı yeni proqramının müzakirəsi də toplantının gündəliyindədir.
Qeyd edək ki, «Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində kənd təsərrüfatının davamlı inkişafı üzrə Regional Proqram» 1998-ci ildən həyata keçirilir və Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhət Qrupu (CGIAR) tərəfindən maliyyələşdirilir. Proqramda Mərkəzi Asiya və Cənubi Qafqazın 8 ölkəsi və 3 beynəlxalq mərkəz (ICARDA, CIMMYT və IWMI) iştirak edir. Proqram kənd təsərrüfatı bitkilərinin biotik və abiotik stress faktorlarına davamlı sortlarının yaradılmasına, kadr hazırlığına, səmərəli istehsal texnologiyalarının yayılmasına, milli mütəxəssislərin beynəlxalq və regional toplantılarda iştirakına dəstək verir.

Aqrar-sənaye kompleksi
Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası müəyyənləşib
17:29
20 may 2024
Şərqi Zəngəzur və Qarabağa köçən fermer kişi və qadınların sayı məlum olub
15:07
20 may 2024
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-ə yaxın artıb
13:28
16 may 2024
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
14:13
15 may 2024