«AtaSığorta» şirkətinə yeni sədr təyin olunub

«AtaSığorta» şirkətinə yeni sədr təyin olunub
# 12 oktyabr 2012 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin Direktorlar Şurasına yeni sədr təyin edilib. Bu barədə «APA-Economics»ə «AtaHolding»dən məlumat verilib.

Məlumata əsasən, şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə Holdinqin İdarə Heyətinin sədr müavini vəzifəsini icra etmiş Adıgözəl Ağayev təyin olunub.

Holdinqdən bildirilib ki, A.Ağayevdən əvvəl Şuranın sədri vəzifəsini Fərid Əsədov icra edib. Eyni zamanda, F.Əsədov «AtaHolding»in İdarə Heyətinin sədri vəzifəsini də icra edib. Hazırda F.Əsədov ümumiyyətlə «AtaHolding» sistemindən kənarlaşıb.

Qeyd edək ki, A.Ağayev həmçinin müvəqqəti olaraq Holdiqin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Xatırladaq ki, təsisçisi «AtaHolding» olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. İcbari Sığorta Bürosunun iştirakçısı olan şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin 2 filialı var. Cari ilin oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 5,6 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR