Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankdan uzunmüddətli kredit cəlb edib

Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankdan uzunmüddətli kredit cəlb edib
# 15 fevral 2012 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Mərkəzi Bankdan 5 il müddətinə 150 mln. manat həcmində subordinasiya krediti cəlb edib.

ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, xüsusi subordinasiya borc öhdəliyi «Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları»na uyğun olaraq birinci dərəcəli kapitala aid edilir.

Bununla da ABB-nin uzunmüddətli dövlət maliyyə resurslarından istifadə etməklə özünün kapitallaşma və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR