«Bank Standard» plastik kartların satışına böyük endirim elan edib

«Bank Standard» plastik kartların satışına böyük endirim elan edib
# 01 mart 2012 09:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Standard” QSC qarşıdan gələn bayramlarla əlaqədar “Bank Standard” plastik kartlarının satışında böyük endirim elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mart ayının 1-dən 31-dək plastik kartların hər birini cəmi 8 manata əldə etmək olar.

Qeyd edək ki, ötən il martın 1-dən 8-dək davam edən “8 marta qədər - cəmi 8 manata!” aksiyası çərçivəsində əldə olunan bütün plastik kartları da cəmi 8 manata yeniləri ilə əvəz etmək olar.

Əlavə olaraq bank ödənişlərini kartla aparanlara “Kartla ödə, “APPLE” qazan!” aksiyasının II mərhələsi çərçivəsində 10 ədəd “iPad 2” planşetlərin qazanması şansı verilir. Aksiya 2012-ci ilin sentyabr 31-dək keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR