Qubada bıçaqlaşma olub

Qubada bıçaqlaşma olub
# 13 iyun 2012 06:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Quba rayonunda bıçaqlaşma hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Rük kənd sakini Nahid Balayev aralarında yaranmış şəxsi münaqişə zəminində həmkəndlisi Əvəz Xələfovu bıçaqlayıb. Ə. Xələfov rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR