Vilyam Heyq: İran nüvə silahına sahib olarsa, Yaxın Şərqdə “soyuq müharibə” başlaya bilər

Vilyam Heyq: İran nüvə silahına sahib olarsa, Yaxın Şərqdə “soyuq müharibə” başlaya bilər
# 18 fevral 2012 21:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran açıq şəkildə nüvə silahı əldə etməyə doğru irəliləyir. Ölkədə həyata keçirilən proqramın məqsədi də bundan xəbər verir”. APA-nın məlumatına görə, bu fikirləri Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq “Daily Telegraph” qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı sahəsində müvəffəqiyyət qazanarsa, Yaxın Şərqdə silahlanma yarışı başlayacaq: “Məncə, İran nüvə silahına sahibi olacağı təqdirdə, Yaxın Şərqdəki digər ölkələr də nüvə silahı əldə etmək istəyəcəklər. Nəticədə 1940-cı ildən ortaya çıxan nüvə silahına malik ölkələrin sayı artacaq və Yaxın Şərqdə Qərb və SSRİ arasında yaşananlardan daha pis “soyuq müharibə” başlaya bilər. Bu da beynəlxalq münasibətlər baxımından bir fəlakət olar”. V. Heyq indiki məqamda İsrail daxil olmaqla heç bir dövlətin İrana hərbi müdaxiləsinə tərəfdar olmadıqlarını da deyib: “Biz İrana qarşı sanksiyaların və mübahisəli nüvə proqramının həlli üçün müzakirələrin davam etdirilməsinin tərəfdarıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR