İranda parlament seçkiləri zamanı iki terror aktına cəhd göstərilib

İranda parlament seçkiləri zamanı iki terror aktına cəhd göstərilib
# 06 mart 2012 09:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda martın 2-də keçirilmiş IX çağırış parlament seçkiləri ərəfəsində iki terror aktına cəhd göstərilib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bildirib.

Onun sözlərinə görə, bombalardan biri paytaxt Tehran şəhərində aşkar edilərək zərərsizləşdirilib. Bomba böyük dağıdıcı gücə malik olmayıb: “Digər şəhərdə zərərsizləşdirilən bomba haqqında isə çox məlumatlı deyiləm. Bu iki terror aktı hadisəsi ilə əlaqədar heç kim həbs olunmayıb. Sadəcə seçkilər ərəfəsində 10 adam pozuculuq fəaliyyətlərinə görə və terror aktlarına cəhd göstərmək ehtimalı ilə nəzarət altına alınıb, lakin onlar da həbs edilməyiblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR